Lökbatanda məktəblilərin intiharı ilə bağlı cinayət işi açıldı
Ötən gün Bakıda iki şagirdin intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.
Oxu.Az-ın məlumata görə, Qaradağ Rayon Prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində iki nəfər 11-ci sinif şagirdi özünü binanın damından ataraq intihar edib. 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı hadisə yerində dünyasını dəyişib.