Müsavat Məclisinin sessiyası keçirildi – Foto

Martın 14-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. Covid-19 pandemiyası başlayandan bəri baş tutan ilk sessiya video-konfrans formatında keçirilib. Sessiyada Məclis üzvlərinin yarıdan çoxu iştirak edib.

 

Məclis sədri Nüşabə Sadıxlı iclası açıq elan etdikdən sonra Vətən Müharibəsində şəhid olanların, o cümlədən müsavatçı zabit Toğrul Abbaslının xatirəsi sayğı duruşu ilə yad edilib.

 

Нет описания.

 

Müsavat başqanı Arif Hacılı ölkədəki ictimai siyasi vəziyyət və Məclisin ötən sessiyasından sonra partiyanın gördüyü işlər barədə ətraflı məruzə ilə çıxış edib. Arif Hacılı qeyd edib ki, müharibə dövründə partiyanın bir sıra üzvləri və müsavatçıların övladları könüllü olaraq cəbhəyə gedib, onların arasında şəhid və qazi olanlar var. Müsavat müharibə günlərində milli birliyin yaradılması istiqamətində prinsipial mövqe sərgiləyib, Silahlı Qüvvələr Fonduna ianələr ödəyib, bir sıra şəhid ailələrinə maddi yardım edib, Azərbaycan xalqı ilə bir yerdə olaraq Qarabağın işğaldan azad olunması uğrunda mübarizəyə bütün sahələrdə təşkilati və informasiya dəstəyi verib.

 

Нет описания.

 

Arif Hacılı bildirib ki,  müharibə dövründə Müsavatın xalqla bötövləşməsi və nüfuzunun artmasından narahat olan İlham Əliyev milli birliyi pozaraq “AXCP-Müsavat cütlüyünü” hədəfə alıb, bu mərhələdə dəfələrlə partiyaya qarşı əsassız ittihamlar irəli sürüb, hakimiyyət mediasında qərəzli təbliğat, fəallara qarşı təzyiqlər davam etdirilib.

 

Məruzə ətrafında aparılan müzakirə Məclis sədri Nüşabə Sadıxlı, Məclis üzvləri İsa Qəmbər, Gülağa Aslanlı, Razim Əmiraslanlı, Nemət Kərimli, Əlikram Xurşidov, Mustafa Hacıbəyli, Cahangir Əmirxanlı, Etibar Əkbərli, Başxanım Abbaslı, Lətafət Məlikova, Seyran Rüstəmov, İkram İsrafil, Dünyaxanım Cahan, Azər Əsgər, Hidayət İsmayıl, Əlibaba Nəsirov, Ayxan Hacıbəyli, Səxavət Quliyev, Bakıxan Qəribli  və digərləri iştirak ediblər.

 

Çıxışlarda Vətən Müharibəsi dövründə Müsavat Partiyasının fəaliyyəti yüksək qiymətləndirilib. Ölkədə sosial böhranın aradan qaldırılması, şəhid ailələri və qazilərin təminatı istiqamətində bir sıra təkliflər irəli sürülüb. Bu təkliflərə dair qərarların qəbulu üçün Divana səlahiyyət verilib. İki saat yarım davam edən sessiya Müsavat himninin oxunması ilə başa çatıb.

 

Нет описания.

 

Нет описания.

 

Нет описания.

 

Нет описания.

 

Нет описания.

 

Нет описания.

 

Нет описания.

 

Нет описания.

 

Нет описания.

 

Нет описания.

 

Basta