Fransada azərbaycanlı mühacir bıçaqlanıb
Fransada azərbaycanlı bloger Məhəmməd Mirzəli bıçaqlanıb.
“Azərbaycan hakimiyyəti Avropada sözə baxmayan, anlaşmaya getməyən, siyasi fəaliyyətini dayandlrmayan mühacirləri göz görəsi cəzalandırır. Bu gün Məhəmməd Mirzəli bıcaqlanıb, bir necə ay əvvəl Məhəməmədi evinin qarşısında güləlləmişdilər. Yüngül yara ilə canını qutarmışdı. Bacısı vasitəsi ilə şantaj etmək istədilər. Bu gündə bıcaqladılar”.
Bunu Almaniyada mühacirətde olan keçmiş siyasi məhbus Əfqan Muxtarlı özünün feysbuk hesabında yazıb.
Azərbaycan diasporundakı mənbələrdən Turana bəlli oldu ki, naməlum şəxs ona bir neçə bıçaq xəsarəti yetirib və qaçıb.
Bloger ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis araşdırma aparır.
Mirzəli bir neçə ildir sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti ilə bağlı sərt tənqidi reportajlar dərc etməsi ilə tanınır. Hakimmiyyət onu susdurmaq üçün dəfələrlə cəhd ediblər, amma bu nəticə verməyib.
2020-ci ilin oktyabrında da Mirzəlinin həyatına qəsd edildiyi bildirilir, həmçinin Azərbaycan parlamentinin yüksək vəzifəli nümayəndəsinin ona təhdid dolu SMS göndərdiyi bildir.
Bu