Bayden Putini qatil adlandırdı. ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ prezidenti Co Bayden Rusiyanın dövlət başçısı Vladmir putini qatil adlandırıb.

 

ABC telekanalına müsahibəsin Bayden Putinlə telefon danışığı haqqında məlumat verib.

 

“Ona dedim ki, səni tanıyıram, sən məni tanıyırsan. ABŞ-dakı seçkiyə Rusiyanın müdaxilə etdiyi təsdiqlənsə, nəticələrinə hazır olun”.

 

Hələlik müsahibənin tam mətni dərc edilməyib.

 

Çərşənbə günü ABŞ Ticarət Nazirliyi, müxalif siyasətçi Aleksey Navalnının zəhərlənməsi və daha əvvəl Britaniyanın Solsberi şəhərində  Sergey və Yulia Skripalın zəhərlənməsi səbəbiylə Rusiyaya qarşı yeni snksiyalar – ixrac məhdudiyyətləri elan edib. Bu barədə qurumun saytında bildirilir.

 

Ticarət Nazirliyinin hesabatında deyilir ki, “Rusiya hakimiyyəti həm sərhədləri daxilində həm də xaricdə müxaliflərə qarşı qadağan olunmuş kimyəvi silahdan  istifadə edərək, Kimyəvi Silahlar Konvensiyası üzərindəki öhdəliklərini pozur və eyni zamanda öz vətəndaşlarını və digər ölkələrin vətəndaşlarına ölüm riski yaradır”.

 

Sanksiyalar 18 mart tarixindən etibarən qüvvəyə minəcək. Məhdudiyyətlər milli təhlükəsizliklə əlaqəli malların, eləcə də avadanlıqların, texnologiyaların və proqram təminatlarının Rusiyaya ixracını qadağan edəcək.

 

Buna cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonovu məsləhətləşmələr üçün Moskvaya çağırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin press-relizində deyilir.

 

Bildirilir ki, bu məsləhətləşmələr, “ABŞ ilə əlaqələr kontekstində nə ediləcəyini və hansı istiamətə yönələcəyini” başa düşmək üçün keçiriləcək.

 

Basta