38 siyasi məhbus əfv olunub
Əfv olunmuş 625 nəfərin arasında 38 nəfər siyasi məhbus var, bu barədə Turan-a hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.
Onların arasında 2015-ci ildə Nardaran qəsəbəsində baş vermiş iğtişaşlarla bağlı mühakimə olunmuş 28 nəfər var.
Xalq Cəbhəsi Partiyasının 4 üzvü və onların arasında jurnalist Elçin İsmayıl da azad edilib.
2018-ci ildə Gəncədə baş vermiş iğtişaşlar işi üzrə mühakimə olunmuş bir nəfər azad edilib.
Məktəbdə hicabın qadağan edilməsinə etiraza görə məhkum edilən İslam Partiyası üzvlərindən biri azadlığa çıxıb.
Digər bir siyasi məhbus isə xaricdə yaşayan siyasi mühacirin qohumudur.
* * *
Martın 18-də ölkə başçısı İlham Əliyev bir neçə yüz məhkumun əfv edilməsi barədə fərman verib. Bəzilərinin azadlıqdan məhrum olunma müddəti azaldılıb, bir qismi isə azad ediləcək.
Əfv olunanların ümumi sayı 625 nəfərdir.
Belə ki, 475 nəfər azadlığa çıxacaq.
98 məhkumun azadlıqdan məhrum olunma müddəti yarıya qədər azaldılıb.
Ömürlük məhbuslardan üçünün cəzası 25 il müddətinə müəyyən edilib.
İki nəfər şərti cəzadan azad edilib.
Üç nəfər təxirə salınmış cəzadan azad edilib.
9 nəfər azadlığın məhdudlaşdırılmasından azad edilib.
12 nəfər islah işlərindən azad edilib.
23 nəfər cərimələrdən azad edilib.
Basta