Yeni vaksin təsdiqləndi
Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Tənzimləyicisinin (EMA) “Johnson & Johnson” peyvəndini təsdiqləyib. Yeni peyvənd iki deyil, yalnız bir dozanın kifayət olması ilə fərqlənir.
ÜST direktoru Tedros Adan Febreyesusun sözlərinə görə hər yeni təhlükəsiz və təsirli vasitə ilə dünya koronavirus pandemiyasını məğlub etməyə bir addım daha yaxınlaşır.
Təşkilat rəhbəri hökumətlərdən və əczaçılıq şirkətlərindən hər kəsin peyvənd olunmasını təmin etmək öhdəliklərini yerinə yetirərək istehsal gücünü artırmalarını istəyib.
Xatırladaq ki, yeni peyvənd ÜST tərəfindən ardıcıl təsdiqlənmiş üçüncü oldu. Beləliklə, təşkilat 31 dekabr 2020-ci il tarixində Pfizer / BioNTech, 15 fevralda isə AstraZeneca peyvəndini təsdiqləmişdi.
Qeyd edək ki, Azərbaycanda artıq istifadədə olan Çinin Sinavak, koronovak, Rusiyanın Sputnik-V vaksinləri ÜST tərəfindən təsdiq edilməyib.
Heybət Əmrah
Basta