Milli fəallara 11 il həbs cəzası verildi
Güney azərbaycanlı milli fəallar Musa Ziya Gərgəri və Muxtar İbrahimi həbsə məhkum ediliblər. Onlara ümumilikdə 11 il həbs cəzası verilib.
Yaxınlarının verdiyi məlumata görə, həbs qərarı Marağa İnqilab Məhkəməsinin hakimi Cabbari şifahi şəkildə fəalların vəkili Əsgər Məhəmmədiyə bildirib.
İnqilab Məhkəməsinin qərarına əsasən Muxtar İbrahimi “hökumətə qarşı təşkilat, qrup yaratmaq və müxalif qrup və şəbəkələrə üzv olmaq”da ittihamı ilə 10 il həbs cəzası alıb. Musa Ziya Gərgəriyə qarşı isə “sistemə qarşı təbliqat” ittihamı irəli sürülüb.
O, 1 il həbs cəzasına məhkum olunub.
Muxtar İbrahimi avqustun 26-da Marağada, Musa Ziya Gərgəri isə sentyabrın 16-da tarixində Sulduzda təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.
Onlar bir müddət sonra girov qarşılığında məhkəmə prosesinin başlanılmasına qədər müvəqqəti sərbəst buraxılmışdılar.
Bu fəallar bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs olunublar.
GunazTV