Müsavat Divanının gündəliyi
Fevralın 6-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclas Türkiyədə baş verən zəlzələdə həlak olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Həlak olanların ailələrinə və Türkiyə xalqına başsağlığı verilib.
Həftə ərzində görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib.
İcra Aparatının rəhbəri Gülağa Aslanlı bir sıra rayon təşkilatlarında ümumi yığıncaqların keçirməsi ilə bağlı hazırlıqlardan danışıb.
Həftə ərzində keçirilən tədbirlər barədə məlumat dinlənilib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanıda keçirilən tədbir müzakirə olunub və təqdir edilib.
İclasda müstəqil jurnalist Aydın Canın qanunsuz həbsi pislənilib, onun dərhal azadlığa buraxılması tələb edilib.
Daha sonra partiyadaxili məsələlər müzakirə olunub.
Zona müşavirələrinin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Ölkədə və dünyada gedən siyasi proseslər müzakirə olunub. Ukrayna – Rusiya cəbhəsində mövcud durum dəyərləndirilib.
Qarabağdakı son durum barədə məlumat verilib.
Sonda cari məsələlər müzakirə olunub.