Rusiyanın bombardmançı təyyarəsində nasazlıq ucbatından 3 nəfər ölüb
Rusiyan;n Kaluqa şəhəri yaxınlığındakı hərbi aerodromda uzun mənzilli bombardmançı Tu-22M3 təyarəsində olan nasazlıq ucbatından üç nəfər heyət üzvü həlak olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bombardmançı uçuşa hazırlanarkən təyyarənin katapult sistemi özbaşına işə düşüb.
“Paraşütlərin açılması üçün hündürlüyün yetərli olmaması səbəbindən üç ekipaj üzvü yerə enərkən ölümcül xəsarət alıb” – deyə, nazirliyin məlumatında bildirilir.
Qurbanlardan biri təlimatçı yerində oturan alay komandiri olub.
Tu-22M3 bombardmançıları 1978-ci ildən 1993-cü ilə qədər istehsal edilib. Bu bombardımançılar idarə olunan raketlərlə təchiz edilib, dəniz və quru hədəflərini məhv etmək üçün inəzərdə tutulub.
Kaluqa yaxınlığına aviasiya alayının bazasında martın 20-dən başlayaraq Tu-22M3 təlimləri keçirilirmiş.
Bundan əvvəl 2019-cu ilin yanvar ayında Rusiyanın Murmansk şəhərində Tu-22M3 bombardmançı təyarəsi eniş edərkən qəzaya uğrayıb, nəticədə iki nəfər həlak olub, iki nəfər ağır yaralanıb.
2019-cu il yanvarın 18-də isə Uzaq Şərqdə, Yapon dənizinin akvatoriyası üzərində planlaşdırılmış bir təlim uçuşu zamanı iki Su-34 bombardmançı təyyarəsi qəzaya uğrayıb. Rəsmi məlumata görə, qırıcılar havada manevr edərkən bir-birlərinə toxunublar. Xilasedicilər pilotlardan birini yaralı vəziyyətdə tapıb. Daha sonra daha iki pilotun cəsədi tapılıb. 4-cü pilot isə indiyəcən tapılmayıb.
Basta