Vaksinasiya sahəsində öndə olan ölkələrdə yoluxma azalır

İsrail əhalisinin yarıdan çoxu artıq koronavirusa qarşı peyvəndin hər iki dozasını qəbul edib. Bu göstəriciyə görə dünya ölkələri arasında liderdir.

 

İndi məlum olur ki, İsrail qısa zamanda daha çox vaksin əldə etmək üçün, hər doza üçün onun qiymətində 50 faiz daha çox pul ödəyib.  Bloombergin məlumatına görə İsrail hər doza üçün təxminən 30 dollar ödəyib, bu da ABŞ ilə vaksin istehsalçıları arasında razılaşmalardan təxminən 50 faiz çoxdur.

 

Amma bu xərclər hədər getməyib – İsraildə COVİD-19-a yoluxma sürətlə azalmağa başlayıb.

 

Число инфицированных по дням

 

Yanvarın sonu – fevralın əvvəlində İsraildə hər gün 7-11 min yeni COVID-19 hadisəsi qeydə alınırdısa, keçən həftə bu rəqəm iki mindən az, son üç gündə isə 600-dən az olub.

 

Ölkədə barlar, restoranlar, teatrlar və ölkədəki muzeylər açılıb, ancaq yalnız peyvənd olunduğu barədə “yaşıl pasport”u olan şəxslər bu məkanların xidmətlərindən yararlana bilər. Eyni zamanda İsraildə insanlar arasında ara məsafənin saxlanması və maska taxılması ilə bağlı tələblər qüvvədə saxlanılır. Maska taxmamağa görə cərimə təqribən 300 dollardır.

 

Vaksinasiya tempinə görə öndə olan ikinci ölkə İngiltərədir. Burada vətəndaşların 42 faizi peyvəndin birinci dozasını alıb. Hər iki dozanı qəbul edənlərin sayı hələlik aşağı olsa da, İngiltərədə də yoluxma sayı enməyə başlayıb.

 

Əgər yanvar ayında gündəlik yoluxma  40 minə çatırdısa, indi bu rəqəm 5-6 min arasında dəyişir. Eyni zamanda, ölkədə peyvəndləmə sürəti artır: son bir gün ərzində orada rekord sayda insan – 800 mindən çox insan peyvənd edilib. 330 milyonluq ABŞ-da əhalinin 25 faizi (iki dozada 13 faiz) vaksinasiya olunub. Burada da  yoluxma sayı yanvar ayından bəri əhəmiyyətli dərəcədə azalıb.

 

Число инфицированных по дням

 

ABŞ-ın İnfeksion Xəstəliklərin Tədqiqatı İnstitutunun direktoru Anthony Fauci, gündəlik 60-70 min insanda koronavirusun qeydə alınmasından narahatlığını ifadə etsə də, indiki vəziyyət yanvarın sonunda kı ilə müqayisədə (gündəlik yoluxma 190 min nəfərə çatırdı) xeyli yaxşıdır.

 

Azərbaycanda martın 23-dək ümumilikdə 587 561 (5,8%) nəfər peyvəndləmə prosesində iştirak edərək, vaksinin birinci dozasını qəbul edib.

 

Basta