Fərəc Kərimli: “Rusiya Azərbaycana qarşı növbəti təxribatını etdi”

Rusiya Azərbaycana qarşı növbəti təxribatını bu gün etdi.

 

Bunu Dağlıq Qarabağdakı separatçı rejimin “parlamenti” tərəfindən rus dilinin ikinci rəsmi dil elan olunmasına münasibət bildirən Müsavat başqanının müavini, Vətən Müharibəsinin qəhrəmanlarından biri Fərəc Kərimli özünün feysbuk hesabında yazıb.

 

“Bəs 10 noyabr razılaşması elan olunarkən İlham Əliyev xalqa hansı yalanları demişdi? “Gorbagor oldu status” və s. kimi pafoslu sözlər yalandan başqa bir şey deyildi. 10 noyabr bəyanatının 4-cü bəndində yazılmışdı ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.” Bəs nəticədə nə oldu? Nəyinki erməni silahlıları çıxarıldı, əksinə sayları biraz da artıb. Ermənilərin Dağlıq Qarabağda möhkəmlənməsi işinə də Rusiya rəhbərlik edir” – deyə, Müsavat yetkilisi etirazını bildirib.

 

“Atəşkəsdən sonra biz Şuşada olarkən hərbçiləri sakitləşdirmək üçün ortaya bir şaiyə buraxmışdılar ki, narahat olmayın, ruslarla eyni sayda da Türkiyə əsgərləri gələcək. Hətta 4 Türk Taboru gələcək deyirdilər. Bəs niyə gəlmədi? Rusiya sizə icazə vermədi? Qarabağ bizimdirsə bəs Qarabağda niyə rusun sözüylə oturub-durursunuz?! Laçından keçmək üçün ruslar bizi sıraya düzüb aparır!!!
Biləsiniz ki, Rusiyanın bu təxribatları hələ başlanğıcdır. Bunlar ərazilərimizdən rədd olub getməyincə bizə rahatçılıq yoxdur. Həmişə müharibə ehtimalıyla oturub duracaqsınız” – deyə, Fərəc Kərimli etirazını bildirib.

 

 

Basta