Navalnı aclıq aksiyasına başladı

Rusiya müxalifətinin  lideri Aleksey Navalnı aclıq aksiyasına başlayıb.

 

Bu haqda Pokrova (Vladimir bölgəsi) islah koloniyasında həbsdə olan müxalif siyasətçinin İnstaqram səhifəsində məlumat yayılıb.

 

Navalnı qanuna əməl edilməsini və ona tibbi yardım göstərilməsini tələb edir.

 

Müxalifətçi səhhətində ciddi problemlər yarandığını, bel ağrılarından əziyyət çəkdiyini,  ayaqlarının bəzi hissələrini hiss etmədiyini bildirib.

 

“Open Media” xəbər verir ki, Federal Penitensiar Xidmətin Vladimir bölgəsi üzrə şöbəsi müxalifətçinin aclıq aksiyasından xəbərdar olmadıqlarını bildiriblər.

 

Basta