Ukrayna üçün daha 6 ədəd F-16

Niderland Ukraynaya əlavə 6 ədəd F-16 qırıcısı verəcək.

Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kajsa Ollongren “X” hesabında yazıb.

O qeyd edib ki, Ukraynaya vəd edilən F-16-ların sayı 24-ə çatacaq.

“Ukraynanın hava üstünlüyü Rusiyanın təcavüzünə qarşı durmaq üçün vacibdir”, – nazir bildirib.