Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Azərbaycanda son bir gündə koronavirus infeksiyasına 2293 yeni yoluxma hadisəsi qeydə alınıb, 2071 nəfər sağalıb, 31 nəfər vəfat edib, bu barədə aprelin 14-də Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
Xəstəliyə yoluxanların ümumi sayı 281 894 nəfərə çatıb, onların 255 833 nəfəri sağalıb, 4009 nəfər vəfat edib, 32 052 aktiv xəstənin müalicəsi davam etdirilir.
Son bir gün ərzində 14 086 test aparılıb.