“Le Monde” qəzeti Azərbaycanda müxaliflərin şantaj edilməsindən yazdı
Fransanın “Le Monde” qəzeti Azərbaycanda ictimai fəallara və müxalifət nümayəndələrinə qarşı törədilən kibercinayətlər haqda məqalə dərc edib.
Bildirilir ki Azərbaycanda irtica müxaliflərin yataq otağına lövbər salmaqla sosial mediada intim videolar, çılpaq fotoşəkillər və şəxsi yazışmaları paylaşır: “Çox vaxt videolar gizli kameralar tərəfindən çəkilir, həmin kameralar onların xəbəri olmadan qurbanların evlərinə gətirilir.
Qeyd edilir ki, son üç kibercinayət hadisəsi mart ayının sonlarına aiddir və burada İlham Əliyev rejiminin əleyhdarları hədəfə alınıb. 22 yaşlı feminist fəal Narmin Şahmarzadənin, Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim foto və videolarının yayılmasından bəhs edilir.
Yazıda həmçinin hüquq müdafiəçisi Rüfət Səfərov və vəkil Nemət Kərimliyə istinadən bildirilir ki, AXCP tərəfdarı Laçın Vəliyev də kiber izləmənin qurbanı olub. Ona həyat yoldaşı ilə bağlı intim video göstərilərək təhdid olunub, daha sonra isə həbs edilib.
Yazıda Fransada mühacir olan müxalif blogger Məhəmməd Mirzəlinin Azərbaycanda qalan bacısının intim videoları ilə şantaj edildiyindən bəhs edilir.
“Bacımın şəxsi həyatına qarşı bu cinayətin arxasında Azərbaycan hakimiyyətinin gizli xidməti dayanır” deyə, “Le Monde” qəzeti Məhəmməd Mirzəlidən sitat gətirib.
Basta