Polis zabiti Corc Floydun ölümündə təqsirli bilindi
Minneapolis şəhərinin sabiq polis zabiti Derek Çauvin çərşənbə axşamı bir il öncə Corc Floydun ölümünə görə ona qarşı irəli sürülən bütün ittihamlar üzrə günahkar bilinib.
Çauvinə ikinci dərəcəli qərəzsiz qətl, üçüncü dərəcəli cinayət və ikinci-dərəcəli adam öldürmə ittihamları iləri sürülüb.
Bazar ertəsi 12 üzvlük münsiflər məhkəməsi yekun iddiaları dinlədikdən sonra üç həftə davam edən məhkəmədə əldə etdikləri məlumatları altı saat müzakirə edərək, qərar verib. Münsiflər məhkəməsindəki 12 nəfərdən altısı ağdərili, altısı isə qaradərili və ya çoxirqlidir.
İttihamçı yekun çıxışında ağdərili Çauvini doqquz dəqiqə boyunca dizini qaradərili Floydun boynunda tutaraq, onu öldürməkdə ittiham edib. Çauvinin vəkili Erik Nelson Floydun ölümünün bir səbəbinin onun narkotik maddələrdən istifadə etməso olduğunu və Çauvinin ötən may ayında Minneapolisdə Floydu saxladığı zaman aldığı polis təlimlərinə əməl etdiyini deyib.
İttihamçı Stiv Şleyker əlləri qandallı halda və, həbs olunduğu zaman lentə alınan videoya görə, 27 dəfə nəfəs ala bilmədiyini söyləyən Floydun boynuna dizini qoyan Çauvinə qarşı irəli sürülən iddiaları yekunlaşdırıb.
“O ilişib qalmışdı…boynunda diz,” Şleyker deyib.
“Corc Floyd heş kəs üçün təhlükə yaratmırdı. Onun sadəcə bir az mərəhəmətə ehtiyacı var idi, amma heç bir mərhəmət görmədi,” o deyib.
Floyd saxlandığı yerin yaxınlıqda bir dükanda saxta 20 dollarlıq əskinazdan istifadə etməkdə şübhəli bilindiyi üçün saxlanılmışdı.
Çauvin ona qarşı sürülən ittihamları rədd edib və günahsız olduğunu söyləyib. Məhkum olunduğu təqdirdə 40 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Amerikanın səsi