Bayden Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ prezidenti Co Bayden Rusiya hökumətinin “zərərli xarici fəaliyyətləri”ni məhdudlaşdırmaq üçün yeni sanksiyaların tətbiq olunması haqqında  fərman imzalayıb. Bu barədə Ağ Evin saytında məlumat verilib.

 

Sanksiyalar, kiberhücumlarda Rusiya xüsusi xidmət orqanlarına kömək edən altı Rusiya texnologiya şirkətini hədəf alıb.

 

Bundan başqa “Rusiya hökumətinin 2020-ci il ABŞ prezident seçkilərinə təsir göstərmək cəhdlərini həyata keçirən” 16 fiziki və 16 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edildi.

 

Digər beş fiziki və üç hüquqi şəxs Krımın Rusiyaya birləşdirilməsinə görə cəzalandırılıb.

 

Bundan əlavə, ABŞ on rus diplomatını Rusiyanın Vaşinqtondakı səfirliyindən qovacaq və Rusiyanın dövlət istiqrazları ilə maliyyə əməliyyatlarına məhdudiyyət qoyacaq.

 

Bayden sanksiyaların tətbiq edilməsini Rusiyanın  atdığı addımların  milli təhlükəsizlik və ABŞ iqtisadiyyatı üçün “fövqəladə bir təhlükə” yaratması ilə izah edib. Bu cür hərəkətlər arasında Amerikada demokratik prezident seçkilərinin keçirilməsinə müdaxilə,  ABŞ-dakı demokratik təsisatların nüfuzuna xələl gətirmək, ABŞ-a və müttəfiqlərinə qarşı kiber hücumlar təşkil etmək,  beynəlxalq korrupsiyanı himayə etmək, digər ölkələrin ərazi bütövlüyünü pozmaq, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərini pozmaq kimi əməllər göstərilib.

 

Basta