Bolqarıstandakı partlayışlarda Rusiya izi

Bolqarıstanla Rusiya arasında diplomatik gərginlik artır. Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofonova Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Qeyd edək ki, Bolqarıstan Prokurorluğu altı rusiyalını 2011-2020-ci illərdə ölkənin bolqar silah ticarətçisi Emelian Qebrevə məxsus dörd silah zavodunda partlayışlar törətməkdə şübhəli bilib.  Onların arasında Rusiya Dövlət Kəşviyyat İdarəsinin (QRU) zabitləri Anatoli Çepiqa və Aleksandr Mişkin də var. Bu şəxslər Aleksandr Petrov və Ruslan Boşirov adına olan saxta pasportlarla Böyük Britaniyanın Solsberi şəhərinə səfər edərək, Skripal ailəsinə “Noviçok” kimyəvi maddəsi ilə sui-qəsd etməkdə, eləcədə 2014-cü ildə Çexiyada silah ambarında partlayış törətməkdə şübhəli bilinirlər.

 

Ehtimal olunur ki, Çexiya və Bolqarıstandakı hücumların məqsədi Qebrev tərəfindən Gürcüstana və Ukraynaya silah satışının qarşısını almaq olub. Qebrevə məxsus  “Emco” şirkəti  2014-cü ildə Ukraynaya hərbi sursat satmaq üçün saziş imzalayıb.  Çexiyada partladılan silah ambarında da məhz Qebrevə məxsus silahlar saxlanılırmış.

 

Rusiyanın xarici işlər naziri Serqey Lavrov Bolqarıstan prokurorluğunun  ittihamları uydurma adlandırıb. Bolqarıstanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Bellingcat araşdırma nəşrinin rəhbəri Xristo Qrozev, “Nastoyaşeye Vremya” televiziyasına müsahibəsində Bolqarıstanda silah zavodlarının partladılması və iş adamı Qrebnevə qarşı sui-qəsdin arxasında Rusiya xüsusi xidmət oranlarının əli olduğuna ciddi sübutların ortaya çıxdığını bildirib. O bildirib ki, sözügedən cinayətlərdə söhbət dövlət terrorundan gedir və bu ittihamlar sübuta yetərsə, Rusiya terroru dəstəkləyən dövlətlər siyahısına daxil edilə bilər.

 

 

Basta