ABŞ səfirindən ermənilər üçün “soyuq duş” effekti verən açıqlama

ABŞ-ın Ermənistandakı  səfiri xanım  Linn Treysi prezident Co Baydenin “erməni soyqırımını” tanımasının hər hansı bir hüquqi nəticələrinin olmayacağıni bildirib.

 

Səfir xatırladıb ki,  BMT-nin soyqırımla bağlı  konvensiyası 1946-cı ildə qəbul edilib və qanunun geriyə qüvvəsi yoxdur. Bu səbəbdən həmin konvensiya 1915-ci ildə baş verən hadisələrə şamil edilə bilməz.

 

Ermənistan mediasında bu açıqlamanı yorumlayan  şərhçilər qeyd edir ki,  “Ağ Evin 106 il əvvəl törətdiyi cinayətlərə görə Türkiyəni ədalət mühakiməsinə cəlb etmək üçün qərarlı olmadığı nəzərə çarpır”.

 

Qeyd edilir ki, on illər boyu “soyqırımın” tanınmasına çalışan erməni lobbisi eyni problemlə Avropada da üzləşib.

 

“Avropada da bu səylərin özünü doğrultmadığını etiraf etmək lazımdır. Fransada “erməni soyqırımının” inkar edilməsinin cinayət məsuliyyəti yaratdığı haqqında qanun ən yüksək məhkəmə tərəfindən rədd edildi.  Belə bir qanunun qəbul edildiyi İsveçrədə də, soyqırımı inkar edən şəxslərin  cinayət təqibi qeyri-mümkün oldu, çünki Avropa İnsan Haqları Məhkəməsi ( AİHM) bunu söz azadlığının məhdudlaşdırılması kimi qəbul etdi” – deyə, “Sputnik”in şərhçisi Artyom Erkanyan yazıb.

 

Mustafa Hacıbəyli

Basta