Son sutkanın ürək açan koronavirus tablosu

Sağalananların sayı koronavirusa yoluxanların sayından 2,5 dəfə çoxdur

 

Ötən gün Azərbaycanda koronavirus infeksiyasına 844 yeni yoluxma hadisəsi qeydə alınıb, 2 057 nəfər sağalıb, 18 nəfər isə vəfat edib. Bu barədə mayın 6-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 324 685 nəfərə çatıb, onların 301 006 nəfəri sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 aktiv xəstənin müalicəsi davam etdirilir. Son gün ərzində 10 717 test aparılıb.