Vaksinasiya növbəsi gənclərə çatdı
Mayın 10-dan Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin peyvənd olunmasına başlanacaq
Mayın 10-dan etibarən Azərbaycanda 18 yaşdan yuxarı bütün ölkə vətəndaşlarının vaksinasiyası başlayıb. Bu barədə mayın 6-da keçirilən brifinqdə ölkənin səhiyyə naziri səlahiyyətlərini icra edən Teymur Musayev bildirib.
O, həmçinin bildirib ki, qarşıdan gələn bayram günlərində (9-16 may) karantin rejimi sərtləşdirilməyəcək. “Məhdudiyyətlər Novruz bayramı dövründə olduğu səviyyədə qalacaq”, deyə o bildirib.
Qeyd edək ki, Novruz günlərində bütün ölkədə ictimai nəqliyyat işləmirdi.
Basta