Kazanda məktəbə silahlı hücüm: azı 7 şagird və bir müəllimə öldürülüb
Rusiyada Kazan şəhərindəki 175 saylı məktəbdə baş verən silahlı hücum nəticəsində azı yeddi şagird və bir müəllimə öldürülüb, xəbərlərdə bildirilir.
Hərçənd ki, ölənlərin sayı və atəş açan barədə ilkin məlumatlar ziddiyyətli olub.
Hadisə yerinə gələn Tatarıstan rəhbəri Rüstəm Minnixanov 8-ci sinifdə oxuyan azı yeddi şagirdin öldürüldüyünü, şəhər meri həmçinin bir müəllimənin vurulduğunu, media isə ümumilikdə 11 nəfərin öldüyünü yazıb.
İlkin xəbərlərdə eləcə də məktəbə iki nəfərin hücum etdiyi deyilib, lakin Minnixanovun sözlərinə görə, hücum edən yalnız bir nəfər olub.
“Onun 19 yaşı var və o saxlanılıb”, – Minnixanov deyib.
Polis istintaqa başlayıb. Hələlik heç bir səbəb müəyyən edilməyib, -BBC məlumat yayıb.