Ermənistan mediası: “Azərbaycan ordusu daha 200-300 metr irəliləyib”

Azərbaycan Silahlı Qüvvələri  Syunik (Gorus) istiqamətində daha 200-300 metr irəliləyib.

 

Sputnik Ermənistan bu barədə  yerli icmanın rəhbəri Akop Avetyana istinadən məlumat yayıb.

 

“Onlar (Azərbaycan bölmələri, red.) heç bir yerə köçmədilər. Əksinə, bir az da irəlilədilər. İrəliləmək mövqe tutmaq deməkdir. Bu, bir şey ələ keçirdikləri anlamına gəlmir, sadəcə mövqelər tuturlar” – deyə, Avetyan bildirib.

 

Avetyan bildirib ki, mayım 12-də bu istiqamətdə fərqli bölgələrdə 2-3 kilometr irəliləmələrinə baxmayaraq, azərbaycanlıların Kut kəndinə doğru daha  200-300 metr irəliləməsi gözlənilməz olub.

 

Bundan əvvəl Ermənistan Azərbaycan ordusunu  dövlət sərhədini pozaraq Sünik istiqamətində 3 kilometr irəliləməkdə ittiham edib. Azərbaycan Xaricı İşlər Nazirliyi bildirib ki, əksinə,  Azərbaycan ordusu Ermənistanın 30 ildir pozduğu sərhədi bərpa edib. Rusiyanın xarici işlər naziri Serqey Lavrov Azərbaycan-Ermənistan sərhədində baş verənləri şərh edərkən   “Emosiyaların qızışdırılması”    üçün əsas görmədiyini deyib.

 

Basta