Lavrov Azərbaycan-Ermənistan sərhədindəki insident barədə: “Emosiyaları qızışdırmaq üçün bir səbəb yoxdur”
Rusiya, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə “emosiyaları qarışdırmaq” üçün bir səbəb görmür, Moskva Yerevana və Bakıya demarkasiya məsələsində kömək etməyə hazırdır. Bu barədə bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bircə dəfə də olsun atəş açılmayıb, orada atışma baş verməyib. Oturduq, sakitcə bu vəziyyəti necə həll edəcəyimiz barədə razılığa gəldik. Bizdən kömək istədilər, hərbçilərimiz bu köməkliyi göstərdi, razılaşma əldə edildi. Emosiyaların qızışdırılması üçün heç bir səbəb görmürəm” – deyə, Lavrov bildirib.
Qeyd edək ki, rəsmi Yerevan Azərbaycan ordusunun Ermənistan sərhəddini pozaraq Sünik istiqamətində 3 kilometr irəlilədiyini iddia edir. Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmi müraciət edərək, Azərbaycan “aqresiyasına” qarşı kömək istəmişdi.