Firuzə Gülalıyeva: Oqtayın reablitasiya prosesi davam edir
2019-cu ilin oktyabrından etibarən komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş müşahidə olunur. Bu barədə Turan agentliyinin bazar ertəsi efirə gedən “Çətin Sual” verilişində onun həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib.
“İndi Oqtay əllərini hərəkət etdirir, reaksiyasını əlləri vasitəsilə ifadə edir, həkimlərin sözlərinə görə, səs tellərinin bərpası da gözlənilir. Amma hələlik həkimlər başqa proqnoz vermirlər”, deyə o bildirib.
O, həyat yoldaşının səhhətinin ağrlaşmasını oktyabrın 29-da Bakının mərkəzində onu maşın vuirduqdan sonra tibbi müdaxilənin geç olması, bir sutkadan çox həkim nəzarətindən kənar qalması ilə əlaqələndirir.
“Ona bir gün ərzində lazımi yardım göstərilməyib. Qəzadan dərhal sonra onu Kliniki xəstəxanaya aparıblar, amma lazımi müayinə həyata keçirilməyib, xəsarətin dərəcəsi müəyyən edilməyib. Ona dərhal lazımi yardım göstərilsəydi nəticə fərqli olardı. Bütün bunlar həkimlərin məsuliyyətsizliyinin nəticəsidir”, deyə Gülalıyeva bildirib.
Oqtay müalicə üçün Türkiyəyə aparılmasaydı, yəqin ki, yaşamazdı. Bakıda həkimlər onun yaşamaq şansının 20% olduğunu deyirdilər.
Gülalıyeva Oqtayın Türkiyədə və oradan qayıtdıqdan sonra müalicəsinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Hazırda əsas məqsəd prosedurun bərpa edilməsi, reabilitasiya tədbirləri, orqanizmin itirilmiş funskiyalarının bərpasıdır, deyə o qeyd edib.
Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-da maşın vurub və bir neçə saat sonra o, komaya düşüb. Ona beyin əməliyyatı bir gün sonra keçirilib. Noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə o, İstanbuldakı klinikaya göndərilib.
O, bir neçə ay İstanbulda “Amerika Klinikası”nda müalicə olunub, bundan sonra Bakıya qaytarılıb, müalicəsi ev şəraitində davam etdirilir.
Turan