Suriyada İrana məxsus narkotik maddə fabriki məhv edilib

Suriyada İrana məxsus narkotik istehsal edən fabrikə zərbələr endirilib. Hücumu İordaniya ordusunun hərbi hava qüvvələri həyata keçirib.

Bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində fabrik tamamilə məhv edilib.

İordaniyanın digər hücumunda isə Suriyanın narkobaronu kimi tanınan Mərei ər-Ramtan ailəsi ilə birlikdə öldürülüb.

GünazTV