Rusiyada polisin güllələdiyi azərbaycanlı gənc öldü – Video

Rusiyanın Novosibirsk şəhərində polisin başından güllə ilə atəş açdığı 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev xəstəxanada dünyasını dəyişib.

 

Lent.az hadisənin baş verdiyi əyalətin informasiya portalına istinadən xəbər verir ki, bu barədə xəstəxanadan məlumat bildirilib.

 

“Gənc xəstəxanada özünə gəlmədən öldü. Həkimlər susur, sadəcə dedilər ki, saat 5-də öldü”, xəbərdə vurğulanır.

 

 

Hadisə Azərbaycanda etirazla qarşılanıb. Sosial şəbəkənin bir çox istifadəmiləri polisin qəddarlığını pisləyib.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı hadisəni ABŞ-da polisin Corc Floydun öldürülməsi ilə müqayisə edib: “Kadrlardan da görünür ki, yol hərəkəti qaydaları pozuntusuna görə saxlanılanlarla aşırı kobud rəftar edilir. Polisə qarşı heç bir təhlükə yoxdur, əksinə polis sonra güllələdiyi şəxsi təpiklə və yumruqla vurur. Bu hadisə ötən il ABŞ-ın Minneapolis şəhərində baş verən və bütün dünyanı ayağa qaldıran Corc Floyd hadisəsi qədər dəhşətli hadisədir.
Azərbaycanın Rusiyadakı səfirliyi, diaspora təşkilatlatları, Azərbaycan hakimiyyəti və cəmiyyətimiz bu hadisəyə biganə qalmamalıdır”.

 

Basta