İlham Əliyevin ittihamlarına Müsavatdan cavab
“İndi İlham Əliyev o zaman da Azərbaycanın nəzarətində olmayan Yerevanın ermənilərə verilməsində Cümhuriyyət qurucularını ittiham edir.
O Cümhuriyyət qurucularını ki, çətin hərbi-siyasi şəraitdə Göyçaydan-Yalamaya, Şamaxıdan-Bakıyadək ərazilərimizi erməni-rus işğalından azad etdilər”.
Bunu Müsavat başqanı Arif Hacılı ölkə başçısı İlham Əliyevin 1918-1920 ci illərdə Azərbay Xalq Cümhuriyyətinə rəhbərlik etmiş milli hökumətin ünvanına irəli sürdüyü ittihamlara cavab olaraq bildirib.
“Güney Qafqazın əksər ərazilərində 114 min kv. km ərazisi olan müstəqil, demokratik dövlətimizi qurdular. Bakının Azərbaycanın paytaxt şəhəri olmasına nail oldular. Biz 1920-ci ildə sovet hökuməti tərəfindən endirilmiş Azərbaycanın üçrəngli, milli bayrağını 1988-ci ildən Bakıda, Azadlıq meydanında, Azərbaycanın bütün şəhər və kəndlərində ucaldarkən H.Əliyev Moskvada kommunist bağlarında gizlənirdi. H. Əliyev 20 yanvar qırğınından sonra Kommunist Partiyası sıralarını tərk edən 250 min (!) Azərbaycan kommunistindən biri olmadı” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Müsavat başqanı xatırladıb ki, Heydər Əliyev 1991-ci ilin ilul ayına, Kommunist Partiyasının ləğv olunmasına 1 ay qalanadək bu partiyanın üzvü olaraq qalmaqda davam edib: “Bütün həyatım boyu sovet hökumətinə xidmət etmişəm, bununla fəxr edirəm,” deyirdi. Azərbaycanın üçrəngli bayrağı Naxçıvan Ali Sovetinə AXC- nin yerli təşkilatı üzvlərinin təşəbbüsü ilə gətirilib.
Milli Bayrağımızın Azərbaycan Ali Soveti binasına gətirilməsi, Leninin büstünün tribunadan yığışdırılmasını isə H. Əliyevin də iştirak etdiyi toplantıda parlamentin kommunist çoxluğunun etiraz fitləti, hədə-qorxuları, qışqırıqları altında ilk olaraq mən təklif etmişəm. İ.Əliyevin nə deməsindən asılı olmayaraq, təkzib edilməsi mümkün olmayan tarixi həqiqətlər budur”.
Basta