İyunda metro həftənin bütün günləri işləyəcək
İyun ərzində Bakı metropoliteni həftənin bütün günləri işləyəcək, bu barədə Bakmetropoliten-in məlumatında deyilir.
İyunun 12-də, 16-da, 20-də və iyulun 3-də Bakı metrosu növbəti gün gecə saat 2-dək işləyəcək. Bu, futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarının Bakıda keçirlməsi ilə bağlıdır.
Məlumdur ki, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.
Xatırladaq ki, 2020-ci ilin oktyabrından etibarən koronavirus pandemiyası ilə əlaqədar metropolitenin fəaliyyətinə məhdudiyyətlər qoyulub.