Rusiya yenidən Kiyevi bombalamağa başladı
Oktyabrın 10-da, bazar ertəsi səhər Rusiya yenidən Kiyevə hücum edib. Şəhərdə hava hücumu xəbərdarlığı elan edildikdən sonra bir neçə partlayış eşidilib.
Hava hücumu təhlükəsi saat 6:47-də elan edilib. Saat 8-dən sonra Kiyevdə 3-4 partlayış baş verib. Bu barədə “Unian” məlumat yayıb.
Daha sonra hücumla bağlı məlumatı şəhərin meri Vitali Kliçko da təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.
“Şevçenko rayonunda – paytaxtın mərkəzində bir neçə partlayış baş verib. Bütün xidmətlər öz fəaliyyətindədirr”, – o, Telegram-da bildirib.
Kliçko detalları daha sonra açıqlayacağını da vurğulayıb.
Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko bildirib ki, Kiyevdə səhər saatlarında baş vermiş atəş nəticəsində 5 dinc sakin ölüb, daha 12 nəfər yaralanıb.
Məlumata görə, raketlərdən biri Kiyevin mərkəzindəki Taras Şevçenko parkındakı uşaq meydançasına düşüb.
Basta