Abbas Lisani və digər siyasi məhbuslar aclığı dayandırdı
Ərdəbil həbsxanasının rəhbərliyi Güney azərbaycanlıların birliyi qarşısında geriyə addım atıb.
Gunaz.tv-nin məlumatına görə,
Abbas Lisani və digər azərbaycanlı siyasi məhbusların irəli sürdüyü tələblər qəbul edilib. Bundan sonra siyasi məhbuslar aclıq aksiyasını dayandırıb. Bu barədə yaxınları ilə telefon əlaqəsi zamanı siyasi məhbuslar məlumat veriblər.
Abbas Lisani bildirib ki, azərbaycanlı siyasi məhbusların irəli sürdüyü tələblərin qısa müddətdə qəbul olunması həbsdə olan aksiyaçıların birliyi, eləcə də milli-mədəni fəalların geniş fəaliyyəti nəticəsində baş verib.
Abbas bəy aksiyaçıların adından Azərbaycanda və bütün dünyada birlik göstərərək onlara dəstək verən türk fəallara minnətdarlığını bildirib.
O, siyasi məhbusların və milli fəalların birliyini, eləcə də ictimai rəyin məsələyə diqqət yetirməsini sivil mübarizəni qələbəyə aparın üçbucağın tərəfləri adlandırıb.
“Ümid edirik ki, Ərdəbil həbsxanası rəhbərliyinin aksiyaçıların tələblərini qəbul etməsi İrandaki bütün həbsxanalarda qanunlara və insan haqları konvensiyalarının müddəalarına əməl olunmasına zəmin yaradacaq”-deyə, Abbas Lisani bildirib.
Günaz TV