“Amerikadakı Azərbaycan icmasından ermənilərə şillə kimi cavab”

Amerika Birləşmiş Ştatlarında yaşayan Azərbaycan icması Ermənistanın aqressiv siyasətinə etiraz olaraq, rəsmi İrəvanın Vaşinqtondakı səfirliyininin qarşısında toplaşdı.

Ermənistan ordusunun Tovuz rayonu istiqamətində mövqeylərimizə hücumu və Azərbaycan ordusunun qəhrəman oğullarının döyüşdəki  şücaəti  vətəndən 16 min kilometr uzaqda yaşayanları bir günün içində yumruq kimi birləşdirdi. Siyasi mövqeyindən asılı olmayaraq 150 nəfərdən çox azərbaycanlı Ermənistanın  işğalçı olduğunu  Vaşinqtonun mərkəzində onların üzünə söylədi.

.

Azərbaycanlılar uzaq Amerikada yumruq kimi birləşmişdi. Təkcə Vaşinqton deyil, Çikaqodakı Azərbaycan icmasının rəhbəri olan Əhməd Obalı da bir qrup vətəni sevənlə dəstəyə gəlmişdi. Digər qrup isə Pitsburq şəhərindən idi. Amerikanın müxtəlif yerlərində yaşayan bu insanları gətirən qüvvə isə Azərbaycan ordusunun generalı Polad Həşimov da daxil olmaqla digər igidlərimizin qəhrəmanlığı idi.İşğalçı Ermənistan  ordusunun  Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək cəhdi və  artilleriya atəşindən istifadə etmələri Amerikada Ermənilərin üzünə deyildi.

Azərbaycanlılar erməni diplomatlarına işğalçı dövlətə sahib olduqlarını sözün əsl mənasında başa saldılar.Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı  şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimov  Vaşinqtonda Azərbaycanlıların da dilindən düşmürdü. Hər kəs mən Poladam, mən əsgərəm deyirdi.Şəhid  polkovnik İlqar Mirzəyev,mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, Yaşar Babyev, əsgər Elçin Mustafazadə və əsgər Nazim İsmayılov şüarlarımızda idi.Ermənilərin mülki  insanları hədəf alması onların beynəlxalq konvensiyaları çeynədiyini göstərir.Azərbaycan ordusunun qəhrəmanlığı isə Azərbaycan xalqını bir daha  yumruq kimi birləşdirdi. Yüzminlərlə insanın vətənə dəstək üçün küçələrə axışıb, döyüşə getmək istəyi uzaq Amerikadan da əks səda aldı. Amerikadakı gənclərimiz  vətən eşqinin hər şeydən öndə olduğunu göstərdilər. Azərbaycan himninin oxunması isə insanı təsirləndirməyə bilməzdi.Daha sonra aksiya iştirakçıları Türkiyənin Amerikadakı səfirliyinə yola düşdülər. Türkiyə dövlətinin və prezidentinin Azərbaycana ən yüksək dəstək verməsi soydaşlarımızı təsirləndirmişdi. Onlar Türkiyə dövlətinə təşəkkürlərini bildirdilər. Yürüş iştirakçıları nəhayət Azərbaycanın Amerikadakı səfirliyinə gəlib, Qarabağ mövzusunda  vətənə və dövlətə dəstəklərini göstərdilər. Onları burda Səfir Elin Suleymanov qarşıladı.Azərbaycan icması general Polad Həşimovun qəhrəmanlığından danışıb, onun ruhunu şad etmək üçün siyasi və informasiya siyasətində Ermənilərə cavab verəcəklərini söylədilər. Azərbaycanlıların ermənilərə verdiyi tutarlı cavab, Amerikadakı erməni lobbisini çox pis qıcıqlandırıb. Onlar  bazar günü saat 13.30 da Azərbaycan səfirliyinin qarşısına toplaşacaqlar. 

 Amerikadakı Azərbaycan icmasının üzvüləri də inanıram ki, onların cavabını elə yenidən bir olması ilə verəcək.

GünazTV, Vaşinqton.