343 gün erməni əsirliyində qalan azərbaycanlı: “Bizə dəhşətli işgəncələr verirdilər” – VİDEO

“Ermənilər ayaq dırnaqlarımı kəlbətinlə çıxarırdılar, söküntü işlərinə cəlb edirdilər”.

 

Bunu “Report”a Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinə əsir düşən keçmiş hərbçi Famil Əliyev deyib.

 

343 gün erməni əsirliyində qalan F.Əliyev bildirib ki, düşmən azərbaycanlı əsirləri ucu dəmir çəkmə ilə, dəyənək və lomla vəhşicəsinə döyüb, ağır işgəncələr verib:

 

“1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən hərbi xidmətə çağırılmışam. Ağdam və Füzulinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 1994-cü ilin yanvarında Ağdamın Cəvahirli kəndində gedən döyüşlərdə yaralandım və ermənilər tərəfindən əsir götürüldüm. Əvvəl Ağdama, daha sonra digər əsirlərlə birlikdə Xankəndinə aparıldım. İki-üç gün sonra bizi Şuşa həbsxanasına gətirdilər və o gündən etibarən dəhşətli günlərimiz başladı…”

 

 

Oxu.az