Türkiyə koronavirusa qarşı öz peyvəndini hazırlayır

Türkiyə koronavirusa qarşı öz peyvəndini hazırlayır.  TURCOVAC adlı peyvəndin artıq  üçüncü sınaq mərhələsi həyata keçirilir.

 

Testlər Qırğızıstan, Azərbaycan və Macarıstanda aparılır.

 

Bu barədə Türkiyənin səhiyyə naziri Fahreddin Koca açıqlama verib. Məlumata görə, birinci və ikinci sınaq mərhələlərində 294 könüllüdən  istifadə edilib  və uğurlu nəticələr alınıb. Peyvəndin ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki,  Türkiyə Çindən və Avropadan alınan vaksinlər hesabına yaxın həftələrdə 18 yaşdan yuxarı əhalinin peyvənd olunması prosesini başa çatdıracaq. Lakin COVİD 19 pandemiyasının hələ nə qədər davam edəcəyi bilinmədiyi üçün yerli peyvəndin hazırlanmasına qərar verilib.

 

Basta