Müsavat başqanından bayram təbriki
Müsavat başqanı Arif Hacılı Milli Ordu Günü münasibətilə Azərbaycan qalqını təbrik edib.
Təbrikdə deyilir:
“Bu gün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Milli Ordumuzun yaradılmasının 103-cü ildönümü, bayram günümüzdür.
Bu bayram Qafqaz-İslam Ordusu ilə birlikdə Bakını, sonra Xankəndi, Əsgəran da daxil olmaqla Qarabağı işğaldan azad etmiş, Qarabağda, Gəncədə, Azərbaycanın digər bölgələrində XI bolşevik ordusuna qarşı üsyanlar qaldıraraq minlərlə şəhid vermiş, əsrin sonunda Goranboy, Ağdərə rayonları və digər ərazilərimizdə mühüm qələbələr qazanmış ordumuzun bayramıdır.
Bu bayram 44 günlük Vətən Müharibəsində Cəbrayıldan Şuşayadək zəfər yürüşü ilə siyasi qərar qəbul edilənədək durmadan, bir addım da geri atmadan irəliləyərək əraziləririmizi işğaldan azad edən ordumuzun bayramıdır.
Vətən Müharibəsində nail olduqları qələbə ilə indi bu bayramı daha böyük təntənə və ruh yüksəkliyi ilə qeyd etməyimizə şərait yaradan ordumuzun əsgər və zabitlərini, bu qələbəmizi öz canları, qanları bahasına qazanan şəhidlərimizin, qazilərimizin yaxınlarını, bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm”.
Basta