Ermənistanda “işlənmiş təkər” kampaniyası… Yaxud 13 maşının yükü bir maşına necə yerləşdi
Azərbaycan-Ermənistan sərhəddində hərbi gərginliyin artması fonunda tərəflər arsında informasiya müharibəsi də intensivləşir. Təbii olaraq, hər iki ölkədə mobilizasiya tədbirləri də həyata keçirilir, cəmiyyət müharibəyə köklənir. Azərbaycanda minlərlə insan hərbi səfərbərlik idarələrinə müraciət edərək könüllü olaraq orduda xidmət etmək üçün ərizə yazırlarsa, eyni günlərdə Ermənistanda “İşlənmiş təkər” kampaniyası keçirilir.
.
Bu kampaniya çərçivəsində son günlər Ermənistanda cəbhə bölgəsi üçün istifadə olunmuş avtomobil təkərləri toplanır. Bu təkərlərin içinə qum doldurularaq müdafiə istehkamlarının quracağı, güllədən, qəlpədən qorunacaqları bildirilir.
.
.
“Sputnik” informasiya agentliyinin erməni redaksiyasının verdiyi məlumata görə, Gümrüdə başladılan bu təşəbbüs ölkənin başqa bölgələrinə də yayılıb. Bir neçə gün ərzində 40 000 ədəd təkərin toplandığı və bunun 30 yük maşını ilə cəbhə bölgəsinə göndərildiyi qeyd edilir.
.
Maraqlıdır ki, beynəlxalq agentlik statusu daşıyan və dünyanın 30 dilində yayımlanan “Sputnik” agentliyi 40 000 ədəd təkərin 30 maşınına necə yerləşə biləcəyinin fərqinə varmayıb. Agentliyin yaydığa fotoda görünür ki, KamAZ yük maşınında üst cərgəyə maksimum 40 təkər yerləşə bilər. Alt cərgəyə də o sayda təkərin yerləşəcəyini nəzərə alsaq, bir yük maşınına 80, maksimum 100 təkərin yerləşə biləcəyini hesablaya bilərik. 30 yük maşını ilə cəbhə bölgəsinə maksimum 3 000 təkər aparmaq mümkündür, “Sputnik” bu rəqəmi 13 dəfə çox – 40 000 göstərib.
.
Yeri Gəlmişkən, “Sputnik” birbaşa Kremlin maliyyələşdirdiyi informasiya agentliyidir (bu haqda araşdırma ilə yazının sonunda tanış ola bilərsiz). Agentliyin baş redaktoru isə erməni jurnalist-oliqarx, Rusiyada “parazit” ləqəbi ilə tanınan Marqarita Simonyandır. “Sputnik”in erməni xidməti son döyüş əməliyyatlarının getdiyi günlərdə Azərbaycanın böyük itkilər verdiyi, Milli Ordumuza aid tank, top və PUA-ların vurulduğu haqda Müdafiə Nazirliyimizin təkzib etdiyi xəbərləri yaymaqda idi. Azərbaycanda hakimiyyəti tənqid edən Bastainfo.com saytı da daxil olmaqla, onlarla informasiya portalı RNYTN-in qərarı əsasında bloklansa da, Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən “Sputnik”in ermənicə xidməti bloklanmayıb. Üstəlik, “Sputnik”in Azərbaycan redaksiyası da fəaliyyətdədir.
.
.
M.Hacıbəyli
Basta
.