Koronavirusdan daha iki nəfər vəfat edib
Azərbaycanda koronavirus infeksiyasına 136 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 337 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1389 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10463, ötən müddət ərzində isə ümumilikdə 3 842 136 test aparılıb.
Bununla belə, son sutkada koronavirus (COVID-19) əleyhinə 53 606 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 433 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 069 218, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 459 102, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 610 116 təşkil edir.