Hadrutda daha üç erməni hərbçinin cəsədi tapılıb

Çənbə günü Hadrut qəsəbəsində aparılan axtarış tədbirləri zamanı üç erməni hərbçinin qalıqları tapılaraq Ermənistana təhvil verilib. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

 

Erməni hərbçilərinin şəxsiyyətləri Ermənistanda məhkəmə tibbi ekspertizası aparıldıqdan sonra müəyyən ediləcək.

Döyüş bölgəsində 10 noyabr 2020-ci ildən bəri ümumilikdə 1604 nəfərin cəsədi və qalıqları aşkar edilərək Ermənistan tərəfinə təhvil verilib.

 

Basta