Ukrayna ordusu daha 6 kəndi azad etdi – Video

Oktyabrın 4-də günorta saatlarında Ukrayna bayrağı Xarkov vilayətinin 3, Xerson vilayətinin 3 kəndində dalğalanıb.

UNIAN xəbər verir ki, ərazilərin azad edilməsi əməliyyatında Ukrayna Silahlı Qüvvələri və yerli müdafiəçilər iştirak ediblər.Məlumata görə, Xarkovun Boquslavka, Borovaya, Borovskaya Andreyevka, Xerson vilayətinin Novopetrovka, Starosel, Davidov Brod kəndləri oktyabrın 4-ü günorta saatlarında təmizlənib.

Günaz.TV