Kasparov 7-ci gedişdə Məmmədyarova təslim oldu
Xorvatiyada keçirilən “Croatia Grand Chess Tour”un blits turnirində Şəhriyar Məmmədyarov dünyaca məşhur şahmatçı Harri Kasparovu 7 gedişə məğlub edib. Azərbaycan şahmatçısı 9 turdan sonra 6-cı yerdədir.
“Grand Chess Tour” dünyanın ən yaxşı şahamt turnirlərindən hesab olunur. Turnirin qalibi 200-300 min dollar arası mükafat qazanacaq.
Əvvəlki oyunların nəticələrini təqdim edirik:
1-ci tur. Maksim Vaşier-Lagrav (Fransa) – Şəhriyar Məmmədyarov 1: 0
2-ci tur. Şəhriyar Məmmədyarov – Yan Nepomnyaşiy (Rusiya) 1: 0
3-cü tur. Jorden Van Forest (Hollandiya) – Şəhriyar Məmmədyarov 0: 1
4-cü tur. Şəhriyar Məmmədyarov – Aleksandr Grischuk (Rusiya) 0: 1
5-ci tur. Jan-Krzysztof Duda (Polşa) – Şəhriyar Məmmədyarov 1: 0
6-cı tur. Şəhriyar Məmmədyarov – Garri Kasparov (Rusiya) 1: 0
7-ci tur. Anton Korobov (Ukrayna) – Şəhriyar Məmmədyarov 1: 0
8-ci tur. Vişvanatan Anand (Hindistan) – Şəhriyar Məmmədyarov 0.5: 0.5
9-cu tur. Şəhriyar Məmmədyarov – Aniş Giri (Hollandiya) 0.5: 0.5.
Turnir cədvəli:
1. Yan Nepomnyaşiq (Rusiya) – 17 xal, 2. Maksim Vaşyer-Lagrav (Fransa) – 16.5, 3. Anish Giri (Hollandiya) – 15.5, 6. Şəhriyar Məmmədyarov (Azərbaycan) – 13.
Yarış davam edir.