Moskva-Antalya reysində görünməmiş olay: sərnişin qəza lyukunu açıb

Moskvanın Şeremetyevo hava limanında görünməmiş hadisə baş verib: sərnişinlərdən biri təyyarədəki qəza lyukunu açıb.

 

Moskva – Antalya reysində təyyarənin havaya qalxması gecikib, ancaq sərnişinlər artıq göyərtədə idilər. İnsanlar kondisionerin işləmədiyi və çox isti olan salonda bir saat oturmağa məcbur olublar. İstilik səbəbindən çoxları “Moskva 24”-ün xəbərinə görə xəstələndi, səbri tükənən sərnişinlərdən biri qəza çıxışının lyukunu açıb.

 

Nəticədə təyyarənin uçuşu ləğv edilib, sərnişinlər 4 saat sonra başqa təyyarə ilə Antalyaya yola salınıb.

 

 

Basta