Baş leytenant intihar edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Orxan Əhmədov bazar ertəsi intihar edib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbçi ona təhkim olunmuş PM markalı tabel silahdan istifadə edib. Qurum əlavə edir ki, hadisə qeyri-döyüş şəraitində baş verib.
Müdafiə Nazirliyinin ilkin ehtimalına görə, hadisənin “hərbi xidmətlə əlaqəsi yoxdur”.
Hadisə ilə bağlı Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.