Azərbaycanın mövqeləri sərhəd boyu atəşə tutulub
“Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəş sərhədin qarşı tərəfindəki Vedi rayonunun Arazdəyən kəndi yaxınlığındakı mövqelərdən açılıb. Şənbə günü Naxçıvanın Sədərək rayonu istiqamətindəki mövqelərin də atəşə məruz qaldığı bildirilir.
Ermənistan tərəfi bu məlumata münasibət bildirməyib.
Bundan əvvəl baş vermiş atışmada Azərbaycan ordusunun hərbi qulluqçusu yaralanmış, Ermənistanın isə bir əsgəri həlak olmuşdu. Azərbaycan və Ermənistan atəşkəsin pozulmasına görə bir-birlərini ittiham edirlər.