AXC-32: Müsavat rəhbərliyi Elçibəyin məzarını ziyarət edib

Bu gün Azərbaycan Xalq Cəbhəsinin təsis edilməsindən 32 il ötür. 1989-cu il iyulun 16-da Bakı şəhərində baş tutan gizli iclasda 15 nəfər tərəfindən Azərbaycan Xalq Cəbhəsi qurulub.

 

Azərbaycan Xalq Cəbhəsi Əbülfəz Elçibəy, İsa Qəmbər, Hikmət Hacızadə, Tofiq Qasımov, Pənah Hüseyn, Zərdüşt Əlizadə, Leyla Yunus, Etibar Məmmədov, Rəhim Qazıyev, Nəcəf Nəcəfov, Yusif Səmədoğlu, Sabit Bağırov, Sülhəddin Əkbər, Ələkrəm Hümbətov və Nemət Pənahlı tərəfindən qurulub.

 

Bu gün bununla əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Fəxri Xiyabanda milli-azadlıq hərəkatının lideri, AXC-nin sədri olmuş mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

 

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər və Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı çıxış ediblər. Çıxışlarda Azərbaycanın müstəqilliyinin bərpa olunmasında AXC həlledici rolu qeyd edilib, Əbülfəz Elçibəyin vətən və millət qarşısında xidmətlərindən söz açılıb.

 

“AXC-nin yaranması xalqımızın tarixində mühüm bir hadisə idi.
AXC-nin üzvü olmuş hər kəsi, Xalq Hərəkatının iştirakçılarını, bütün Azərbaycan xalqını bu əlamətdar gün münasibəti ilə təbrik edirəm” – deyə Arif Hacılı cümə günü özünün feysbuk səhifəsində etdiyi paylaşımda qeyd edib.

 

Basta