Qarabağda vuruşan Rusiya vətəndaşına 10 il həbs cəzası verildi
Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bundan başqa hökmdə qeyd edilib ki, E.Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.