Xocalıda iki nəfər minaya düşdü
İyulun 21-də saat 23 radələrində Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində iki nəfər minaya düşüb.
Bu barədə Xocalı Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Basta