“Korrupsiya xərçəngi” – Mehman Hüseynovdan növbəti araşdırma
Bloger Mehman Hüseynov Azərbaycanda korrupsiya ilə bağlı növbəti araşdırmasını təqdim edib. “Sancaq produktion”da yayımlanan bu araşdırmada Milli Onkologiya Mərkəzinin baş direktoru, ölkə başçısının qohumu Cəmil Əliyevin biznes imperiyası – şərab zavodları, otelləri, toyuq fermaları, gəmiləri və bahalı maşınlarından bəhs olunur.
“Azərbaycanda olan onkologiya (xərçəng olan) vətəndaşlarının Onkologiya Mərkəzində muayinəsi və mualicəsi pulsuzdur. Çünki hər il Milli Onkologiya Mərkəzinə dövlət büdcəsindən milyonlarla manat ayrılır. Pul ona görə ayrılır ki, xərçəngdən əziyyət çəkən vətəndaşlarımıza qayğı göstərilsin. Amma bu baş vermir. Onkologiya Mərkəzinə gedən vətəndaşlardan mualicə, muayinə, əməliyyatlar üçün küllü miqdarda pul tələb olunur. Kimin pulu varsa o yaşayacaq kimin pulu yoxdursa-yıxılıb ölməlidir! Bəs dövlət büdcəsindən ayrılan milyonlar kimin cibinə axır? Bəli, həmin mərkəzin baş direktoru Cəmil Əliyevin cibinə” – deyə, araşdırmada deyilir.
Araşdırmada deyilir ki, son 5 ildə Milli Onkologiya Mərkəzinə dövlət büdcəsindən 205 milyon manatdan artıq vəsait ayrılıb. Qanunla onkologiya xəstəsi olan vətəndaşların müalicəsinin pulsuz olması nəzərdə tutulsa da, “Onkologiya Mərkəzində pulsuz iki şey var – asılqan və tualet”, qalan hər şey pulludur və bura müraciət edən xəstələrin “dərisi soyulur”.
Cəmil Əliyev varidatı isə günü-gündən artmaqdadır…
““CHABİANT” markalı çaxır zavodu, İsmayıllıda olan “ŞATO MONOLİT” qonaq evi, 100 hektarlarla ÜZÜMLÜKLƏR, “SİYƏZƏN BROYLER” toyuq zavodu, Badamdar qəsəbəsində yerləşən “DUBAİ İnternational HOTEL”, “WORLD MED” tibb mərkəzi, Xəzər dənizində üzən 6 gəmi, və bir neçə milyonluq maşın qarajı- bunlar hamısı CƏMİL ƏLİYEVİN nəzarətindədir!” – deyən Mehman Hüsseynov, “Korrupsiya xərçəngi” filmində bunu təsdiqləyən sübutları təqdim edib.
Basta