Süleymanovların sağlamlığı təhlükədə: Vəkillə görüşə yenə icazə verilmədi

Vəkil Nemət Kərimlinin siyasi motivlərlə inzibati qaydada həbs edilən, sonra Məştağa qəsəbəsində yerləşən  Respublika Narkoloji Mərkəzinə məcburi müalicəyə göndərilən Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Nizaməli Süleymanov və onun qardaşı oğlu Akif Süleymanovla görüşünə növbəti dəfə icazə verilməyib.

 

“Bu gün onlarla görüşmək üçün narkoloji dispanserə getmişdim. Amma növbəti dfə buna icazə verilmədi. Keçən dəfə demişdilər ki, rəhbərlik yerində olmadığı üçün görüşə icazə verilmir. Bu dəfə baş drektor Orxan Cəfərov  yerində olsa da, dedi ki, görüşə icazə verilmir” – deyə, Nemət Kərimli “Basta” əməkdaşına bildirib.

 

Vəkil bildirib ki, görüşə icazə verilməməsi onların səhhəti ilə bağlı narahatlığa səbəb olub: “Biz bilmirik ki, onlara məcburi müalicə adı altında hansı dərmanlar verilir. Görüşə icazə verilməməsi onu göstərir ki, onların səhhətinə təhlükə var”.

 

 

Qeyd edək ki, aprelin 5-də Sabunçu Rayon Məhkəməsin Süleymanovların barəsində 20 sutka inzibati qaydada həbs qərarə çıxarıb. Qərada  “narkotik asılılığından məcburi müalicə” təyin edilib.  Süleymanovlar həbsdən çıxdıqdan dərhal sonra məcburi müalicəyə göndərlib. Qərar ləğv olunmasa onların 6 aydan 2 ilədək burada saxlanılacağı gözlənilir.

 

Müsavat Partiyası Nizaməli və Akif Süleymanovlara qarşı təzyiqlərin siyasi motivli olduğunu bəyan edib. Bu təzyiqlərin arxasında “müxalifətin qənimi” kimi tanınan Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətovun durduğu bildirilir.

 

Basta