Arif Hacılı Brüsseldəki konqres və keçirdiyi görüşlərdən yazdı

Arif Hacılı, Müsavat Məclisinin sədri

Beynəlxalq tədbirdə iştirak üçün
Avropaya səfərimiz davam edir.

Brüsseldə AlDE nin “Avropanı qlobal supergücə çevirmək” (Making Europe a global superpower) başlığı altında keçirilən Konqresdə Müsavat Partiyasının təmsilçisi olaraq iştirak edirik.

30 dan çox ölkənin siyasi partiya, ictimai təşkilat, mediya qurumlarını təmsil edən iştirakçılar sırasında siyasi partiya rəhbərləri, müxtəlif ölkələrin hakimiyyət və müxalifət nümayəndələri, dövlət rəhbərliyində təmsil olunan şəxslər, nazirlər, Avropa Parlamentinin çoxsaylı üzvləri var.

Müzakirələr daha çox Avropanın Rusiya enerji daşıyıcılarından, Çin industriyasından, təhlükəsizlik məsələlərində isə ABŞ asılılğından xilas olmaq yolları, Ukraynaya dəstəyin artırılması mövzuları ərtafındadır.

Biz də görüşlərimizdə, kuluar söhbətlərində enerji təhlükəsizliyi və digər iqtisadi məsələlərdə TAP, TANAP kimi layihələr, Zəngəzur dəhlizinin açılması da daxil olmaqla Azərbaycan üzərindən Şərqlə Qərbi birləşdirən kommunikasiyaların bu hədəflərə çatmaq üçün əhəmiyyətindən danışırıq.

Azərbaycanda demokratiya və insan haqları məsələlərinə diqqətin artırılmasının Rusiyanın regionda təsir imkanlarının məhdudlaşması, həmçinin Avropanın şərq tərəfdaşlığı siyasətində vacibliyini Avropanın ümumi siyasətinə təsir imkanları olan dövlət və siyasət xadimlərinin diqqətinə çatdırırıq.

Postsovet respublikaları siyasi partiya liderləri ilə regional problemləri müzakirə edirik.

Bir sözlə Brüsselin gözəlliklərindən zövq almaq üçün yox, Azərbaycanın və təmsil etdiyimiz siyasi düşərgənin maraqlarını müdafiə etmək, irəlilətmək hədəfi ilə buradayıq.

Konqres iki gün davam edəcək.

.

.

.

.