Arif Hacılı: “Hakimiyyət xalqı Zəngəzur nağılı ilə yuxuya verməkdə ikən…”

Azərbaycan hakimiyyəti və hakimiyyət yandaşları Qərbi Zəngəzur nağılları ilə xalqı yuxuya verməkdə ikən erməni silahlı qüvvələri Qarabağda möhkəmlənir.

 

Son günlərdə Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağa 12 Kamaz-5320 hərbi-nəqliyyat avtomobili, 3 Ural-4320 və 6 nəqliyyat avtomobilində hərbçilərin göndərilməsi barədə məlumaylar yayılıb.

 

Bütün bunlar Qarabağda yerləşdirilən sülhməramlı qüvvələrin gözü qarşısında, himayəsi altında baş verir.

 

Bu 10 noyabr tarixli üçtərəfli razılaşmanın 4-cü bəndinin kobud surətdə pozulması, nizamlanma prosesinin sülh yolu davam etməsinin qarşısını almaq istiqamətində növbəti addımdır.

 

#Azərbaycan hakimiyyəti və hələlik mövcudluğu bəlli olmayan Rusiya-Türkiyə Müşahidə Missiyası yayılan məlumatlara aydınlıq qətirməli, erməni silahlı birləşmələrinin Qarabağ ərazisində yerləşdirilməsinin qarşısı qətiyyətlə alınmalıdır.

 

Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

 

Basta